IQNA

Çin Qəzzada dinc əhalinin qətliamına reaksiya verib

4:17 - July 13, 2024
Xəbər sayı: 3496326
İQNA - Çin İsraildən hərbi əməliyyatları tez bir zamanda dayandırmasını və günahsız mülki şəxslərin yaralanması və öldürülməsinin qarşısını almasını istəyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian keçirilən mətbuat konfransında bildirib ki, Çin mülki şəxslərə zərər verən və beynəlxalq hüququ pozan istənilən hərəkətə qarşıdır və onu qınayır.
Qəzza bölgəsindəki hazırkı vəziyyətin dayanıqlı olmadığına diqqət çəkən Lin, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin hərtərəfli və effektiv şəkildə yerinə yetirilməli, dərhal atəşkəsin təmin edilməsi, mülki əhalinin real müdafiəsi, humanitar yardımların təmin edilməsi və məhbusların bir an əvvəl azad edilməsinin birinci prioritet olduğunu vurğuladı.
İsrail ordusunun Qəzza zolağında son 24 saat ərzində keçirdiyi hərbi əməliyyat nəticəsində 50 nəfər ölüb, 54 nəfər yaralanıb. Qəzzada son 9 ayda həyatını itirənlərin sayı 38 mini keçib.
Mənbə: CRI

captcha