IQNA

Maldiv hökuməti Quran təlimini gücləndirmək üçün çalışır

15:27 - July 21, 2024
Xəbər sayı: 3496375
İQNA – Maldiv hökuməti Quran biliklərini yaymaq və İslamı təbliğ etmək üçün müxtəlif tədbirlər görməyi planlaşdırır.

"İQNA", "Edition.mv"-ə istinadən xəbər verir ki, Maldiv adalarının prezidenti Məhəmməd Muizzi 36-cı Milli Quran Müsabiqəsinin bağlanış mərasimindəki çıxışında Quran və İslam dəyərlərinin təbliğinə yönəlmiş proqramları həyata keçirməyi planlaşdırdığını açıqlayıb.
Ölkədə Quran alimlərinin səviyyəsinin yüksək olduğunu deyən o, Quran tilavəti sənətinin inkişafından məmnunluğunu ifadə edib.
O, hökumətinin prioritetinin İslamı və onun əsaslarını təbliğ etmək və Quran təlimlərini yaymaq olduğunu vurğulayıb.
Muizzi hökumətinin hafizlər üçün əlavə imkanlar və təlimlər verdiyini, insanları Quranı əzbərləməyə təşviq etmək üçün hazırda aldıqları müavinətin ikiqat artırılması da daxil olmaqla xüsusi stimulların olacağını və ölkə daxilində pulsuz Quran kurslarının veriləcəyini bildirib.
Maldiv prezidenti onu da vurğulayıb ki, hökumət Milli Qurani-Kərim Mərkəzinin yenidən qurulması üçün torpaq sahəsi ayıracaq.
O, əlavə edib ki, hökumət Qurani Kərim biliklərinin yayılmasına yönəlmiş fəaliyyətləri təşviq etmək üçün "Darul-Salam" və "Darul-Ərkam" adlı iki əlavə fond mərkəzi yaratmağı hədəfləyir.
Muizzi qeyd edib ki, Maldiv xalqı ənənəvi olaraq uşaqlara kiçik yaşlarından Quran öyrətməyə üstünlük verir və uşaqlar böyüdükcə Quran təlimi üçün Quran müəlliminə göndərilir.
O, həmçinin Quran oxumağın bütün davranış problemlərinin həllini tapacağını bildirərək insanlara Vəhy Kəlamına müraciət etməyi və oradakı ilahi göstərişlərə əməl etməyi tövsiyə etdi.
Maldiv hökuməti keçən il bir addım atdı və bütün Quranı əzbərləyənlərə 15 min Maldiv Rufiyasının (təxminən 970 ABŞ dolları) veriləcəyini açıqladı.
Maldiv Respublikası Hind okeanında bir ada ölkəsidir və paytaxtı Maledir. Hindistanın cənubunda və Şri Lankadan təxminən 750 km cənub-qərbdə yerləşir.
Maldivlilər adada yeganə etnik qrupdur və hind-ari mənşəli xalqdır. Əhali Maldiv dilində danışır və 97 faizi müsəlmandır.
Adalar 75 il Britaniya İmperiyasının himayəsində qaldı. Ada qrupu 1965-ci ildə Britaniya İmperiyasından müstəqillik qazanıb.
Maldiv adaları əhalisi və səth sahəsi baxımından Asiyanın ən kiçik ölkəsidir.
4227414

captcha