"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Oman Sultanlığının müftisi Şeyx Əhməd ibn Həmd Əl-Xəlili Twitter səhifəsində sionist rejimin Yəmənin Hudeydə şəhərini bombalamasına münasibət bildirib.
Əl-Xəlili Twitter səhifəsində yazıb: "Sionist rejimin Yəməndəki qəddar təcavüzü bizi təəccübləndirdi. Bu hücum Yəmənin işğal olunmuş ərazilərdə həqiqəti dəstəkləməsi ilə bağlıdır və bütün müsəlmanlar öz qardaşlarını dəstəkləməli və onlara kömək etməlidirlər, çünki bu, hamıya qarşı təcavüzdür. Şəhidlərə Allahdan rəhmət, məkanları cənnət olmasını diləyirik".
Bundan əvvəl sionist rejim Ənsarullahın Təl-Əvivə pilotsuz uçan aparatlarının hücumuna cavab olaraq Yəmənin Hudeydə əyalətindəki bölgələrə hava zərbələri endirdiyini elan etmişdi.
İsrailin müdafiə naziri Yoav Qalant video çıxışında bir İsrail vətəndaşının öldürülməsinə cavab olaraq İsrailin Hudeydədəki Husi hədəflərini bombaladığını və Husilərin növbəti hücumlar həyata keçirməyə cəsarət edərsə, İsrailin onları yenidən bombalayacağını bildirib.
Cümə günü Ənsarullah qruplaşması pilotsuz təyyarənin hücumu ilə İsrail işğalının dərinliyini hədəfə alıb və nəticədə bir sionist həlak olub, bir neçə nəfər isə yaralanıb.
İsrail ordusunun rəsmisi hücumun uzun məsafələrə uça bilən "çox böyük" pilotsuz uçan aparatın olduğunu bildirib və bunun aşkar edildiyini, lakin insan səhvi üzündən onu ələ keçirməyin uğursuz olduğunu və müdafiə sistemlərinin sıradan çıxmasına səbəb olduğunu bildirib.
Ənsarullah vurğulayıb ki, işğalçı döyüşçülərin bu ölkənin qərbindəki Hudeydə limanındakı neft anbarlarına hücumu cavabsız ötüşməyəcək. Ənsarullahın Ali Siyasi Şurası deyib: "İsrailin bu təcavüzləri bizim qüvvələrimizin qələbəyə qədər ayağa qalxması və təhdidlərlə üzləşməsi üçün ikiqat motivasiyadır".
Husilərin hərbi sözçüsü Yəhya Səri isə öz növbəsində Ənsarullahın Hudeydədəki açıq təcavüzə cavab verəcəyini bildirib və İsrail düşməninin həyati hədəflərinə hücum etməkdən çəkinməyəcəklərini vurğulayıb.
O, bu qruplaşmanın nəticələrindən asılı olmayaraq Qəzzədəki qardaşlarına dəstək əməliyyatlarını dayandırmayacağına işarə edərək, İsraillə uzun döyüşə hazır olduqlarını və sionist rejimin artıq əmin-amanlıqda olmayacağını bildirib.
4227667