"İQNA" xəbər verir ki, şəhid İsmayıl Haniyənin gəlini onun şəhadətindən xəbər tutduqdan sonra videomüraciətində deyib: Gözlərdən yaş axır, qəlblər qəmlidir, ey Əbul-Əbd, ey atamız, getməyinə kədərləndik.
Qeyd edək ki, Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bu gün səhər çərşənbə günü, iyulun 31-də bu hərəkatın siyasi ofisinin rəhbəri İsmayıl Həniyənin Tehranda sionistlər tərəfindən şəhid edildiyini açıqlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun Ümumi İctimaiyyətlə Əlaqələr İdarəsi bir elanda bildirib: "HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə və onun mühafizəçilərindən biri Tehranda iqamətgahının vurulması nəticəsində şəhid olublar".
Bu namərdcə edilən sui-qəsd müqavimət qrupları tərəfindən geniş şəkildə pisləndi.
4229223