IQNA

Londonda sionist rejimin cinayətləri pislənilib

11:46 - August 07, 2024
Xəbər sayı: 3496486
İQNA – Londonun mərkəzində Fələstinlə həmrəylik üçün böyük nümayiş keçirilib.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, yüz minlərlə britaniyalı Londonun mərkəzində keçirilən böyük yürüşdə iştirak edərək Qəzzaya dəstəklərini dilə gətirib və hökumətdən sionist rejimə silah göndərilməsini dayandırmasını istəyiblər.
Bu nümayiş bir çox Fələstin tərəfdarı qrup və təşkilatların, o cümlədən Fələstin Həmrəylik Kampaniyası (PSC), Britaniya Müsəlmanları Assosiasiyası (MAB)... və s. dəvəti ilə təşkil edilib.
Nümayiş “İsraili silahlandırmaqdan əl çək, soyqırıma son” şüarı ilə keçirilib.
Təşkilatçılar yürüşün məqsədinin İngiltərənin Baş naziri və İşçi Partiyasının lideri Keir Starmeri İsrailin silahlanmasına qarşı açıq mövqe tutmağa və Fələstin xalqına qarşı cinayətləri dayandırmağa çağırmaq olduğunu izah ediblər.
Müxtəlif qurum və təşkilatlardan çıxış edənlər dinləyicilər qarşısında danışaraq Qəzzada ciddi humanitar böhranın mövcud olduğunu bildiriblər.
Onlar Britaniya hökumətinin silah ixracı və diplomatik əlaqələr vasitəsilə sionist rejimlə şərikliyini pisləyiblər.
Çıxış edənlər Fələstin xalqının öz müqəddəratını təyinetmə və azadlıq hüququnun dəstəklənməsinin məsuliyyətini vurğulayaraq, beynəlxalq ictimaiyyəti sionist rejimini öz əməllərinə  cavab verməsini istəyiblər.
4229908

captcha