IQNA

İordaniyada İsmayıl Həniyyə üçün simvolik cənazə namazı qılınıb

4:50 - August 08, 2024
Xəbər sayı: 3496492
İQNA – Minlərlə iordaniyalı Əmmanda şəhid İsmayıl Həniyyə üçün simvolik dəfn mərasimi keçirib.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, çərşənbə günü şəhid İsmayıl Həniyyə üçün keçirilən simvolik dəfn mərasiminə minlərlə iordaniyalı qatılıb.
Müqavimətə Dəstək Milli Məclisinin qonağı kimi paytaxt Əmmanın mərkəzində minlərlə iordaniyalı şəhid İsmayıl Həniyyənin simvolik tabutunu qaldırıb.
Yürüş iştirakçıları əllərində Fələstin bayrağı daşıyaraq, “liderlərimizə üstünlük veririk” və “Qəzzanı müharibə və aclıqdan xilas et” yazılı plakatlar qaldırıblar.
İştirakçılar həmçinin HƏMAS hərəkatını himayə etməklə sionist rejimə qarşı silahlı müqaviməti dəstəklədiklərini vurğulayıblar. O, həmçinin İordaniya hökumətindən rejimin Əmmandakı səfirliyini bağlamağı istəyib.
Həniyyənin qətli sionist rejimin ABŞ-ın dəstəyi ilə oktyabrın 7-dən Qəzzəyə qarşı dağıdıcı müharibəyə başladığı bir vaxtda baş verib.
4230126

captcha