Ayətullah Seyid Əli Sistaninin dəftərxanasının bəyanatında sionist rejimin Qəzza zolağındakı Ət-Tabiin məktəbinə etdiyi hücum şiddətlə pislənilib.
Bəyanatda deyilir: "Bir daha dünya xalqlarını bu dəhşətli vəhşiliyə qarşı durmağa və məzlum Fələstin xalqına və İslam ümmətinə daha çox zərər vurmağı hədəfləyən işğalçıların şər planlarının həyata keçirilməsinin qarşısını almağa çağırırıq. Qəzzada müharibə və soyqırımı dayandırmaq və bu bölgənin məzlum xalqına kömək etmək üçün birləşin".
Yerli mənbələr sionist işğalçı ordunun Qəzzada Ət-Tabiin məktəbini vəhşicəsinə bombardman etməsi nəticəsində təxminən 150 nəfərin şəhid olduğunu və onlarla insanın yaralandığını bildirib.