IQNA

İslam Əməkdaşlıq Təşkilatı: "Sionist rejim dərhal atəşkəsi təmin etməlidir"

10:37 - August 12, 2024
Xəbər sayı: 3496516
İQNA – İslam Əməkdaşlıq Təşkilatı sionist rejimin Qəzza zolağında törətdiyi yeni cinayəti pisləyərək, bu rejimin dərhal atəşkəsə məcbur edilməsinin vacibliyini vurğulayıb.

"Əl Aləm" saytının məlumatına görə, İƏT sionist rejimin Qəzzada bir məktəbə hücumunda ən azı 100 nəfərin şəhid olması və çoxlu fələstinli qaçqının yaralanması ilə nəticələnən yeni cinayəti pisləyib. Bildirilib ki, bu cinayət beynəlxalq hüququn və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulması ilə törədilib.
İslam Əməkdaşlıq Təşkilatı sionist ordusunun Qəzza zolağı və İordan çayının qərb sahilində törədilmiş bütün hərbi cinayətləri və davam edən insanlıq cinayətlərinə görə məsuliyyət daşımasını tələb edib.
Bu təşkilat həmçinin bəyan edib ki, beynəlxalq ictimaiyyət, xüsusilə BMT Təhlükəsizlik Şurası Qəzza zolağında təcili və hərtərəfli atəşkəs yaratmalı və fələstinlilərə beynəlxalq dəstək verməlidir.
O, həmçinin vurğuladı ki, İsrail rejimi işğalçı dövlət kimi beynəlxalq humanitar hüquq çərçivəsində götürdüyü öhdəliklərə əməl etməyə məcbur olmalıdır.
İsrailin "Əl-Dərəc" məhəlləsindəki məktəbə hava hücumu nəticəsində 100-dən çox adam şəhid olub.
Sionist rejim ordusu Qəzzədəki bu məktəbin HƏMAS qüvvələrinin qərargahı olduğunu iddia edib. Lakin şəhidlərin əksəriyyəti bura sığınan fələstinli uşaqlar və qocalardır.
4231080

captcha