IQNA

İngiltərədəki məscidlərə gənc müsəlmanlardan dəstək

6:03 - August 15, 2024
Xəbər sayı: 3496533
İQNA – İfrat sağçı qrupların müsəlmanlara və məscidlərə qarşı şiddətli etirazlarının kölgəsində bir qrup müsəlman gənc məscidləri bu qrupların hücumlarından qorumaq üçün hərəkətə keçib.

"İQNA", "Əş-Şuruq" saytına istinadən xəbər verir ki, son günlər ifrat sağçı qrupların rəhbərlik etdiyi etirazlarda yaşanan gərginlik nəticəsində İngiltərənin ən azı 4 şəhərində məscidlər bu qruplar tərəfindən hücuma məruz qalıb.
Bir çox yerli təşkilatlar bəzi məscidlərdə daş, su qabı və s. atmaq kimi hadisələrin şahidi olduğu üçün bu hərəkətlərə qarşı tədbir görüb.
Yeni yaradılmış bir təşkilata Şimali Qərbi İngiltərədən 1500-dən çox üzvlük müraciəti daxil olub.
Adını açıqlamaq istəməyən bu qurumun təsisçisi bildirib ki, məqsəd yaşadıqları rayonda problem yarananda bir-birlərini məlumatlandırmaqdır.
O, İngiltərədəki hadisələri narahatlıqla izlədiklərini və hadisənin böyüklüyündən və qəfil olmasıdan şoka düşdüklərini bildirib.
Protect-in qurucusu deyir: Biz özümüzü müdafiə etmək üçün silahdan istifadə etmirik. Daha doğrusu, məscidə mümkün hücumu yalnız bildirilən yerdə olmaqla həll edəcəyik və belə bir şeyə yol verməyəcəyik.
London polisi əvvəlki açıqlamasında belə demişdi: "Etiraz hüququndan zorakılıq aktları törətmək və ya sakinlərə və ya polisə qarşı irqi və dini nifrəti qızışdırmaq üçün alət kimi istifadə edən insanlara dözməyəcək".
4231493

captcha