"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, Efiopiya-Hollandiya Olimpiya çempionu Sifan Həsən, Paris Olimpiadasının son günündə marafonda qazandığı qələbə və qızıl medaldan sonra kürsüyə hicablı çıxıb.
Sifan Həsənin rəsmi İnstaqram hesabındakı fotoları araşdırılanda onun hicablı idmançılardan olmadığı və yarışa hicabsız qatıldığı aydın olur. Lakin o, medalını alarkən müsəlman idmançılara qarşı tətbiq edilən siyasətə etiraz olaraq hicab taxıb.
Sosial media fəalları Sifan Həsənin hicab qadağaları və hicablı qadınlara məhdudiyyətlərin arxasında duranlara etiraz mesajı vermək istədiyini bildiriblər. O, Olimpiya Oyunlarının son günündə qazandığı son qızıl medalla özünü hicaba dəstək simvoluna çevirməyi bacarıb.
Bu hollandiyalı idmançı Tokioda 5000 və 10000 metr məsafəyə qaçışda qızıl və 1500 metr məsafəyə qaçışda bürünc medal qazandıqdan sonra olimpiya medallarının sayını 6-ya çatdırdı.
4231671