"İQNA", "Əl-Cumhuriyyə" saytına istinadən xəbər verir ki, 31 avqust şənbə günü həyata keçirilən bu layihənin həyata keçirilməsində məqsəd tələbələr arasında rəqabət ruhunu yaymaq, digər tələbələri Quranı əzbərləməkdə arzu olunan səviyyəyə çatmağa təşviq etmək və Əl Əzhər ilə əlaqəli mərkəzlərdə müxtəlif əzbərləmə strategiyalarını öyrətməkdir.
Bu layihə Əl-Əzhər nümayəndəsi Məhəmməd Əl-Duvayninin nəzarəti altında baş tutub.
Son illər Misirdə Quran fəaliyyətlərində, xüsusilə Quranın əzbərlənməsi və qiraəti sahəsində əhəmiyyətli dərəcədə genişlənmə müşahidə olunub.
Bu fəaliyyətlərdən ən mühümləri müxtəlif Quran kursları, yerli və beynəlxalq Quran yarışlarının təşkilidir.
4234371