IQNA

Şarcədə 100 yeni məscidin tikintisi

2:18 - September 12, 2024
Xəbər sayı: 3496667
İQNA - Şarcə Əmirliyinin İslam İşləri Departamenti bu Əmirlikdə 100 yeni məscid tikmək üçün təklif edilən planın təsdiq edildiyini açıqlayıb.

"İQNA"-nın "Əl-Xəlic"-ə istinadən verdiyi məlumata görə, Şarcənin İslam İşləri İdarəsi bu idarənin Şarcə hökmdarı Sultan Əl-Qasimi tərəfindən bu əmirlikdə 100 yeni məscid tikmək planını qəbul etdiyini açıqlayıb.
Bu planda 40 məscid köhnəlmiş və köhnə məscidlərlə əvəzlənəcək və Şarjcə Əmirliyinin məscidi olmayan müxtəlif bölgələrində 60 başqa məscid tikiləcək.
İslam İşləri İdarəsinin rəisi Abdullah Əl-Səbusi yeni məscidlərin dəyişdirilməsi planına razılıq verdiyi üçün Şarcə hökmdarını tərifləyərkən, bu proqramda 155 milyon dirhəm dəyərini açıqladı. Onun sözlərinə görə, bu idarə eyni vaxtda 645 milyon dirhəm dəyərində 60 başqa məscid tikir. Yeni məscidlərin tikintisi planının həyata keçirilməsinə ümumilikdə 800 milyon vəsait ayrılıb.
Əl-Səbusinin sözlərinə görə, bu məscidlərin tikintisi ilə Şarcə Əmirliyi milli və regional səviyyədə məscidlərin sayına görə lider əmirlik olacaq.
4235934

captcha