"İQNA", "Əl-Xəlic" saytına istinadən xəbər verir ki, Əl-Əzhər Şeyxi Əhməd Tayyibin sədrlik etdiyi Müsəlman Alimləri Şurası bəyanat yayıb.
Bəyannamədə bütün dünya alimlərindən və ziyalılarından sülh, mötədillik və insanların birgəyaşayış mədəniyyətini yaymaq üçün müharibə və münaqişələrə qarşı mübarizədə birgə səylərini gücləndirmək istənilib.
Şuranın bəyanatı 21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə dərc olunub.
Bəyannamədə həmçinin sülhün möhkəmləndirilməsində dini liderlərin və dini simvolların rolunun gücləndirilməsinin vacibliyi vurğulanıb.
Müsəlman Alimləri Şurası sülhün əldə olunması istiqamətində qətiyyətli mövqeyini vurğulayaraq bəyan edib ki, sülh dünyada sabitlik və rifahın təmin olunmasının ən yaxşı yoludur, xalqlar və mədəniyyətlər arasında dialoq və anlaşma münaqişə və müharibənin aradan qaldırılması üçün ən yaxşı yoldur.
Hər il Beynəlxalq Sülh Günündə, yəni 21 sentyabrda bütün dünyada müxtəlif proqramlar və tədbirlər təşkil olunur.
4237915