IQNA

İran İsrailə qarşı raket əməliyyatına başlayıb

8:47 - October 02, 2024
Xəbər sayı: 3496790
İQNA – İran sionist İsrailə qarşı hərtərəfli raket əməliyyatına başlayıb.

İnqilab Keşikçiləri Ordusu İsrailə qarşı cavab əməliyyatı ilə bağlı yazılı açıqlama yayıb.
İntiqam vaxtıdır, İran Tel-Əvivi raketlərlə vurur
İran İnqilab Keşikçiləri Həniyyə, Nəsrullah və Nilfuruşanın şəhadətinə cavab olaraq işğal olunmuş əraziləri hədəfə alıblar.
İrandan cavab əməliyyatı ilə bağlı mühüm açıqlama
Bəyanatda, "İsmail Haniyyə, Seyid Həsən Nəsrullah və Briqada generalı Nilfuruşanın şəhadəti ilə işğal altındakı torpaqların ürəyini hədəf aldıq. Əgər sionist İsrail İranın əməliyyatlarına reaksiya verərsə, ağır hücumlarla üzləşəcək" deyilib.
İran dövlət televiziyası İranın İsrailə qarşı əməliyyata başladığını elan edərək, "İsrail hədəflərinə yüzlərlə ballistik raket atılıb" deyib.
İsrailə raket yağışı
Bildirilib ki, İrandan işğal olunmuş ərazilərin mərkəzi və cənubuna 100-dən çox ballistik və qanadlı raket buraxılıb.
Soyqırım törədən İsrail hərbçiləri İranın İsrailə raket atdığını təsdiqləyib.
Xəbərdə atılan raketlərə görə başda Təl-Əviv olmaqla işğal altındakı şəhərlərdə həyəcan zənglərinin çaldığı bildirilib.

captcha