IQNA

Papa Fransisk: "Qərbi Asiyada sülh bərqərar olmalıdır"

9:32 - October 07, 2024
Xəbər sayı: 3496816
İQNA – Dünya katoliklərinin lideri Livan böhranı qarşısında səssiz qala bilməyəcəyini bildirib və Qərbi Asiyada sülhün bərqərar olmasının zəruriliyini vurğulayıb.

"Reuters"-in verdiyi məlumata görə, Para Francis sionist rejimin Livandakı cinayətlərinin davam etməsinə reaksiya verib.
Vatikan şənbə günü bildirib ki, dünya katoliklərinin lideri Qərbi Asiyada sülhün bərqərar olmasını dəstəklədiyini bildirib.
Dünya katoliklərinin lideri Belçikaya səfərinin sonunda sionist rejim tərəfindən Livan, Qəzza və işğal olunmuş Fələstinin digər bölgələrində dərhal atəşkəs əldə edilməsini istəyib.
Dünya katoliklərinin lideri müharibənin xalqa dağıdıcı təsirləri olduğunu bildirərək, Yaxın Şərqdə hər gün yüzlərlə insanın həyatını itirdiyini bildirib.
4240762

captcha