"Əl-Qüds Əl-Ərəbi"-nin verdiyi məlumata görə, hücumlarda 6 fələstinli həyatını itirib, 70 nəfər yaralanıb. İsrailin Qəzzada qaçqınlara və sığınacaq mərkəzlərinə hücumları artıb.
Söz mövzusu hücum bölgəsinin sosial mediada paylaşılan görüntülərində xəstəxana bağçasında çadırların yandırıldığı və yaralıların xilas edilməsi üçün səy göstərildiyi bildirilib.
Fələstinin Vəfa xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Əqsa Şəhidləri Xəstəxanasının sözçüsü xəstələrin qəbulu bölməsinin yaralılarla dolu olduğunu bildirib.
Qəzza media ofisi də öz bəyanatında xəstəxanaya hücumu pisləyib və mülki əhali və qaçqınlara qarşı törədilən sistematik cinayətlərə görə işğalçıların və ABŞ hökumətinin məsuliyyət daşıdığını bildirib.
Sionist işğalçılar Əl-Əqsa Şəhidləri Xəstəxanasının bombalanmasına görə məsuliyyəti öz üzərinə götürüblər.
Sionist rejim ordusunun sözçüsü deyib: "Sionist rejim döyüşçüləri Deyr Əl-Bələhdə HƏMAS-ın istifadə etdiyi, əvvəllər Əqsa Şəhidləri Xəstəxanası kimi tanınan əraziyə hücum ediblər".
"Əl-Ərəbi" telekanalının müxbiri Əbdül-Qadir Əbdül-Həlim bildirib ki, işğalçı ordu tez-tez məktəbləri və ya xəstəxanaları hədəfə almaq üçün bu üsuldan istifadə edir.
Çünki orada tibb işçiləri, tibb bacıları, xəstələr və çoxlu köçkünlərin olmasına baxmayaraq sözügedən yeri “köhnə xəstəxana” kimi qələmə verir.
Əl-Əqsa xəstəxanasının bombalanmasından bir neçə saat əvvəl sionist qüvvələr Nusıratda qaçqınlar üçün sığınacaq olan Müftilər Məktəbini də bombalayıb, çox sayda uşaq və qadın da şəhid olub və yaralanıb.
Qəzzadakı media ofisi elan edib ki, sionist rejim məcburi köçkünlər və mülki əhalini sistematik şəkildə hədəfə alaraq Qəzza zolağında soyqırım və etnik təmizləmə cinayətlərinin əhatə dairəsini genişləndirmək məqsədi daşıyır.
Bu soyqırım Qəzza zolağının şimalındakı sakinlərin təxliyəsi və işğalçıların davamlı bombardmanlarından təhlükəli olan cənuba məcburi köçləri tələbi ilə eyni vaxtda həyata keçirilib.
4242333