Venesuela prezidenti Nikolas Maduro sionist rejimin Qəzzə zolağı və Livanda törətdiyi cinayətləri qətiyyətlə pisləyib və vurğulayıb ki, bu rejimin baş naziri Benyamin Netanyahu ABŞ və Avropa İttifaqı imperializminin yaratdığı canavardır.
Nikolas Maduro, "Beynəlxalq media İsrailin HƏMAS və Hizbullaha qarşı müharibə elan etməsində israr edir. Bu doğru deyil. Bu, Netanyahunun Fələstin xalqına, Livandakı ərəb xalqlarına qarşı dağıdıcı müharibədir, bu bir müharibə belə deyil, soyqırımdır" dedi.
Netanyahunun BMT sülhməramlı qüvvələrinin Cənubi Livandan çıxarılması tələbini sərt şəkildə qınayan Madiro, "Bu canavar (Netanyahu) indi Hitlerin cəsarət etmədiyi şeyi edir" dedi.