IQNA

22-ci Moskva Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək

9:43 - October 21, 2024
Xəbər sayı: 3496902
İQNA – Dünyanın 30 ölkəsindən qarilər Rusiyanın paytaxtı Moskvada keçiriləcək 22-ci Beynəlxalq Quran Müsabiqəsində iştirak edəcəklər.

"Dumrf" saytının verdiyi xəbərə görə, sözügedən yarışma 6-8 noyabr tarixləri arasında Moskvada baş tutacaq.
22-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsi İslam dünyasının ən böyük mədəni və dini tədbirlərindən biri hesab olunur.
Müsabiqə Rusiya Federasiyası Müsəlmanlarının Dini İdarəsi tərəfindən təşkil olunacaq.
Müsabiqədə 30-dan çox ölkədən ən yaxşı Quran qariləri iştirak edəcək. İştirakçılar Qurani-Kərimin tilavəti üzrə bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Müsabiqənin bağlanış mərasimi noyabrın 8-də “Kosmos Hotel”in konsert zalında keçiriləcək.
Mərasimə qatılanlar Quranın dərin mənalarını tanıdan “Quran xəzinələri” adlı mənəvi klipə də baxacaqlar.
4243185

captcha