"Net24pls" saytının verdiyi xəbərə görə, bu Quran tədbiri oktyabrın 17-də “Heç bir yaxşılıq kiçik sayılmaz” adı altında keçirilib.
Əl-Əzhər İslam Araşdırma Şurasının qadın müəllimlərindən biri və ərəb işarə dili tərcüməçiləri təşkilatının üzvü Mani Aşur çıxışında "Zilzal" surəsinin nazil olmasının səbəblərini açıqlayıb.
"Zilzal" surəsində qiyamətdə baş verən şiddətli zəlzələdən sonra Qiyamət günü yaşanacaq sıxıntı və qorxunc vəziyyətlərdən bəhs edilir. Həmçinin dünyada edilən yaxşılıq və ya pisliyin mükafat və ya cəzasının axirətdə alınacağı bildirilir.
Necə ki, Mani Aşur bu surəyə əsasən demişdir ki, insan Allahın rizasına nail olmaq üçün səy göstərməli, günahı məhvə apara biləcəyi üçün kiçik görməməli, insanın nicatı üçün yaxşı əməlləri kiçik saymamalıdır.
Görüş, iştirakçıların suallarını verməsi və cavablarını alması ilə başa çatıb.
4243334