IQNA

Hindu-sionizm əməkdaşlığı günü-gündən artır

9:49 - October 26, 2024
Xəbər sayı: 3496930
İQNA – Siyasi ekspertlər və analitiklər hesab edirlər ki, Hindistan hökuməti Fələstin ərazilərində sionistlərin müsəlman müqaviməti ilə mübarizə aparmaq üçün Kəşmirdə bir-biri ilə əməkdaşlıq edir.

"Pakistanın səsi" internet saytınına əsasən, Kəşmir Media Xidməti bildirib  ki, sionist rejimin Fələstindəki tətbiq etdiyi taktika Hindistanın işğalı altında olan Cammu və Kəşmirdə getdikcə daha çox əks olunur.
Hindistanda hakim partiyanın lideri Modi Cammu və Kəşmirdə İsrailin işğal modelinin icra edilməsini qətiyyətlə alqışlayır. Bura yaşayış haqqında son qanun da daxildir.
Tənqidçilər bunun sionist rejimin bölgənin demoqrafik strukturunun dəyişdirilməsinə yönəlmiş məskunlaşma planlarını əks etdirdiyini bildirirlər.
Ekspertlər Hindistan və İsrailin zalım bir rejimin iki tərəfi olduğunu vurğulayırlar.
Yetmiş ildən artıqdır ki, kəşmirlilər və fələstinlilər öz qanuni azadlıqları üçün mübarizə aparırlar. Onlar hazırda Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan öz müqəddəratlarını təyinetmə hüququnu tələb edirlər.
Müşahidəçilər xəbərdarlıq edirlər ki, qlobal sülh və sabitlik Kəşmir və Fələstin münaqişələrinin həlli ilə sıx bağlıdır.
Hindistan və İsrail öz torpaqlarında beynəlxalq qanunları açıq şəkildə pozurlar. Üstəlik, Hindistan və İsrail arasında sıx hərbi tərəfdaşlıq bəşəriyyət və dünya sülhü üçün böyük təhlükə yaradır.
4243845

captcha