IQNA

Əl-Məyadin: "Sionist rejim Tehran ətrafındakı hərbi bazaları hədəfə almaqda uğursuzluğa düçar oldu"

10:20 - October 26, 2024
Xəbər sayı: 3496935
İQNA – Ərəb mediası sionist rejimin Tehran vilayətindəki hərbi bazaları hədəfə almaqda uğursuzluğunu elan edib.

"İQNA" "Əl-Məyadin" kanalına istinadən verdiyi məlumata görə, İranın hava hücumundan müdafiəsi Tehran vilayətinin şərqindəki hərbi bazaları hədəf almağı planlaşdıran İsrail pilotsuz təyyarələrini vurub.
Məlumatlı mənbələr həmçinin bildiriblər ki, sionist rejimin Tehran vilayətindəki müdafiə bazalarını hədəfə almaq cəhdi uğursuzluqla nəticələnib.
Bu mənbələr Tehranın ətraflarında bütün düşmən hədəflərinin vurulduğunu elan ediblər.
Məlumatlı mənbələr düşmən hədəflərini vurmaq üçün orta mənzilli müdafiə sistemlərindən istifadə edildiyini bildiriblər.
"Əl-Məyadin"-in Tehrandakı müxbiri bildirib ki, sionist rejimin məhdud hərbi təcavüzü iflasa uğrayıb və İranın hava hücumundan müdafiəsi bu hücumu uğurla dəf edib.
"Əl-Məyadin" müxbiri həmçinin Şirazda heç bir partlayışın baş vermədiyini və bu şəhərin son saatlarda heç bir hadisənin şahidi olmadığını bildirib.
4244283

captcha