"Əl-Məyadin"-in verdiyi xəbərə görə, Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi sionist rejimin İrana hücumunu pisləyib və bu hücumun regiona mənfi nəticələr gətirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Əl-Husi, "İrana edilən hücumu pisləyirik və əminik ki, bu hərəkət nə İrana, nə də Fələstin məsələsinə verdiyi dəstəyə təsir etməyəcək" dedi.
Əl-Husi həmçinin deyib: "Sionistlərin İrana hücumu bütün regiona mənfi təsir edəcək və müvəqqəti İsrail rejiminin təcavüzkar və terrorçu mahiyyətini ortaya qoyur".