"Şəfəq" Xəbər Agentliyinə danışan mənbə bildirib ki, Nəcəf şəhərinin mərkəzindəki Əl-Qədir rayonunda cümə imamı Seyid Sədruddin əl-Kubancının evinə raket hücumu nəticəsində onun mühafizəçilərindən biri yaralanıb.
Təhlükəsizlik mənbəsi, sözügedən hücumun bu gün səhər tezdən baş verdiyini və Nəcəf Əşrəfin cümə imamının evində bir gözətçinin yaralanması və maddi ziyanla nəticələndiyini açıqlayıb.
Hələlik bu hücumla bağlı əlavə məlumat verilməyib.