IQNA

ABŞ və İsrail mütləq sərt cavab alacaqlar

17:15 - November 02, 2024
Xəbər sayı: 3496979
İQNA – İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei deyib: "ABŞ və sionist rejim də daxil olmaqla bütün düşmənlər bilməlidirlər ki, İran və müqavimət cəbhəsinə qarşı hərəkətlərinə görə mütləq sərt cavab alacaqlar".

İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün səhər 2 noyabr Ümumdünya İmperializmlə Mübarizə Günü ərəfəsində Tehranda İmam Xomeyni (r.ə) Hüseyniyyəsində universitet və orta məktəb tələbələrini qəbul edib.
 
İnqilab Rəhbəri Ayətullah Xamenei bu görüşdə "İran millətinin hərbi, silah və siyasi hazırlığı üçün edilməsi lazım olan hər şeyi mütləq edəcəyik və əlhəmdülillah, hakimiyyət bunu hazırda edir" deyib.
Ayətullah Xamenei deyib: "Əlbəttə, İran xalqı və hakimiyyəti qlobal imperializm və bu gün dünya nizamını idarə edən cinayət aparatı ilə qarşı-qarşıya gəlməkdən çəkinməyəcəklər. "Bundan əmin olun" dedi.
İranda "casuslar yuvası" adlandırılan ABŞ səfirliyinin 3 noyabr 1979-cu ildə (hicri Şəmsi 13 Aban 1358) universitet tələbələri tərəfindən mühasirəyə alınması ilə bağlı Ayətullah Xamenei deyib: "ABŞ səfirliyi sadəcə olaraq diplomatik və məlumatlandırma yeri deyil, əksinə, İslam inqilabına qarşı daxili təhriklər üçün və inqilabı məhv etmək və hətta möhtərəm İmamın həyatını təhdid etmək üçün planlaşdırma mərkəzi idi".
İmperializmlə mübarizənin bir öhdəlik olduğunu bildirən Ayətullah Xamenei dedi: "İmperializm xalqların çoxşaxəli iqtisadi, hərbi və mədəni hökmranlığı və alçaldılması deməkdir; İllərlə İran millətini aşağıladılar. Ona görə də İran xalqının mübarizəsi imperializmə qarşı olub və bundan sonra da mütləq belə olacaq".
Həzrət Ayətullah Xamenei çıxışına davam edərək dedi: "ABŞ və sionist rejim də daxil olmaqla bütün düşmənlər bilməlidirlər ki, İran və müqavimət cəbhəsinə qarşı hərəkətlərinə görə mütləq sərt cavab alacaqlar".
4245639

captcha