IQNA

Quterreş: "Qəzzada jurnalistlərin öldürülməsi qəbuledilməzdir"

3:25 - November 03, 2024
Xəbər sayı: 3496986
İQNA - Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş 7 oktyabr 2023-cü ildən işğalçı qatillərin hücumlarına məruz qalan Qəzzada jurnalistlərin şəhid edilməsinin qəbuledilməz olduğunu bildirib.

BMT-nin Cenevrə ofisində “2024-cü il BMT-nin Yaxın Şərqdə Sülh üzrə Beynəlxalq Media Seminarı” öz işinə başlayıb. Seminarın açılış hissəsində Quterreşin göndərdiyi mesaj oxunub.
Quterreş 7 oktyabr 2023-cü ildən işğalçı qatillərin hücumlarını davam etdirdiyi Qəzzada jurnalistlərin şəhid olmasının qəbuledilməz olduğunu vurğulayaraq, mətbuat mənsublarını müdafiə etməyə çağırıb.
Qəzzaya hücumların ilk ilinin keçən ay tamamladığını və onun Livana da sirayət etdiyini bildirən Quterreş, “Eyni zamanda Şərqi Qüds də daxil olmaqla, işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyət, İsrailin hərbi əməliyyatları, yaşayış məskənlərinin tikintisi və məskunlaşanların hücumlarının artan intensivliyi iki dövlətli həll imkanlarını zəiflətməyə davam edir” dedi.
“Qəzza və Livanda dərhal atəşkəs, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi, humanitar yardımın effektiv çatdırılması və iki dövlətli həll yolunda geridönməz irəliləyişin vaxtı çatıb”, - deyə Quterreş bildirib. (İLKHA)

captcha