IQNA

İranda "Qlobal İmperializmlə Milli Mübarizə Günü"

20:46 - November 03, 2024
Xəbər sayı: 3496990
İQNA – Qlobal İmperializmlə Milli Mübarizə Günü münasibətilə bu gün (3 noyabr) yerli vaxtla saat 09.30-da İranda ABŞ əleyhinə nümayiş keçirilib.

4 noyabr 1979-cu ildə (hicri Şəmsi 13 Əban 1358) ölkədə “casuslar yuvası” adlandırılan ABŞ-ın İrandakı səfirliyi İmam Xomeyninin (r.ə) izində olan universitet tələbələri tərəfindən mühasirəyə alındı. Səfirliyin bəzi əməkdaşları girov götürülüb. Amerikanın sözdə səfirliyi əslində casus mərkəzi kimi istifadə olunurdu.
Bu gün İranda hər il “Qlobal İmperializmlə Milli Mübarizə Günü” adı altında müxtəlif tədbirlər keçirilib.
İran xalqı əvvəlki illərdə olduğu kimi bu gün də ölkənin bütün şəhərlərində, xüsusən də paytaxt Tehranda keçirilən Qlobal İmperializmlə Milli Mübarizə Günü mərasimlərində milli birlik və İslam birliyi nümayiş etdirərək möhtəşəm şəkildə iştirak edib. Bütün dünyaya İslam İnqilabının istiqlalını, azadlığını və İslam Respublikasının imperializmə qarşı müxalifətini hayqırıb.
Qlobal İmperializmlə Milli Mübarizə Günü mərasimi paytaxt Tehranın Fələstin meydanında yerli vaxtla saat 09.30-da başlayıb. Mərasimə qatılan vətəndaşlar ABŞ-ın keçmiş səfirliyinin qarşısından keçərək nümayiş keçiriblər.

captcha