IQNA

Yəhya Sinvar şəhid olmamışdan 72 saat qabaq heç nə yeməmişdi

10:38 - November 05, 2024
Xəbər sayı: 3497002
İQNA - Sionist rejim humanitar yardımların HƏMAS tərəfindən ələ keçirildiyini iddia edərək Qəzzəyə qida göndərilməsinin qarşısını aldığı halda, Yəhya Sinvarın meyitinin müayinəsi nəticəsində onun şəhadətindən üç gün əvvəl heç bir şey yemədiyi məlum olub.

"Russia Today"-in verdiyi məlumata görə, Yəhya Sinvarın meyitini müayinə edən sionist rejim sağlamlıq mərkəzinin direktoru Han Kugel bildirib ki, Sinvar şəhadətindən əvvəl minaatan gülləsi və ya artilleriya atəşi nəticəsində sağ qolundan yaralanıb və o, qolunu sararaq qanaxmanı dayandırmağa çalışıb.
Yarılmanın nəticələrinə görə, Sinvar başından dəyən güllə ilə şəhid olub. Bundan əlavə, onun şəhid olmasına üç gün qalmışa qədər heç nə yemədiyi müəyyən edilib. Beləliklə, Sinvar şəhadəti ilə sionist rejimin daha bir yalanını üzə çıxardı. Təl-Əviv Qəzzaya göndərilən humanitar yardımın HƏMAS qüvvələri tərəfindən ələ keçirildiyini və Qəzzə xalqının bu yardımdan faydalanmadığını, beləliklə də bu yardımın Qəzzəyə çatdırılmasının qarşısını aldığını və xalqı aclığa məhkum etdiyini iddia edir.
Bundan əvvəl sionist “Yediot Aharonot” qəzeti Sinvarın cəsədinin yarılmadan sonra məxfi bir yerə köçürüləcəyini bildirmişdi.

captcha