Bakıda keçirilən BMT-nin İqlim Sammiti çərçivəsində keçirilən Dini Liderlərin Sammiti öz işinə başlayıb.
Sammitdə dünyanın hər yerindən 300-ə yaxın hökumət nümayəndəsi, BMT-nin yüksək vəzifəli rəsmiləri, beynəlxalq təşkilat rəhbərləri, aparıcı qlobal dini liderlər, akademiklər və ətraf mühit üzrə ekspertlər iştirak edir. Sammitdə 18 din və 30 təriqətin nümayəndələri iştirak edir.
Toplantıya qatılan adlar arasında Diyanət İşləri Başçısı Əli Erbaş da var. Açılış nitqində Fələstinə mesajlar verən Ərbaş, "Gözü dönmüş zalımlar Qəzzanı və Fələstini qan və gözyaşına boğur" dedi.