IQNA

Qəzza zolağında İsrail tərəfindən öldürülən jurnalistlərin sayı 184-ə yüksəlib

10:59 - November 10, 2024
Xəbər sayı: 3497026
İQNA - Sionist ordunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həlak olan jurnalistlərin sayı artaraq 184-ə çatıb.

Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat verilib.
Açıqlamada yerli “Gəncliyin səsi” radiosunun jurnalisti Xalid Əbu Zirin İsrail tərəfindən qətlə yetirildiyi bildirilib.
Ofisin açıqlamasında, İsrailin Qəzza zolağında fələstinlilərə qarşı soyqırımına başladığı 7 oktyabr 2023-cü ildən bu yana həyatını itirən mətbuat işçilərinin sayının 184-ə yüksəldiyi bildirilib.
Bəyanatda İsrailin fələstinli jurnalistləri hədəfə alması, öldürməsi və sui-qəsd etməsi şiddətlə pislənilib və "iyrənc" olaraq xarakterizə edilən bu cinayətə görə İsrailin məsuliyyət daşıdığı bildirilib.
Bəyanatda beynəlxalq ictimaiyyətdən və dünyada jurnalistika ilə bağlı beynəlxalq təşkilatlardan törətdiyi cinayətlərə görə İsrailə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmağa, soyqırım cinayəti və fələstinli jurnalistlərin qətl və sui-qəsdlərini dayandırması üçün İsrailə təzyiq göstərməyə çağırılıblar.
Mənbə: TRT Xəbər

captcha