İraqda ilk beynəlxalq Quran müsabiqəsi noyabrın 9-da Bağdaddakı “Ər-Rəşid” otelində öz işinə başlayıb.
Müsabiqənin açılış mərasimi şiə və sünni fondlarının rəhbərləri, bir çox nazir və səfirlər, Quran müəssisələrinin nümayəndələri və Quran işləri ilə maraqlanan şəxslər, İraqın baş naziri Məhəmməd Şiə Sudaninin iştirakı ilə baş tutub.
Mərasim dövlət himninin oxunması və Qurani-Kərimin tilavəti ilə başlayıb. Sonra Baş nazir çıxış edib.
Ali Rəqabətlər Komitəsinin sədri Əli Razuqi Əl-Lami çıxışında Baş nazirliyin müsabiqənin təşkilinə dəstəyini vurğulayaraq, İraq şiə və sünni alimlərinin marağına və müxtəlif nazirliklərin köməyinə görə təşəkkür edib.
Əl-Lami belə Quran tədbirlərinin təşkilində məqsədin Quran elmlərini yaymaq, ölkədə Quran əhlinə dəstək olmaq və möminləri Quranı əzbərləməyə təşviq etmək olduğunu açıqlayıb.
Birincisi Bağdad Beynəlxalq Quran Müsabiqəsi 9-14 noyabr 2024-cü il tarixləri arasında keçiriləcək.
4247220