IQNA

Oman müftisi:

Sionist rejimin mahiyyəti ondan ibarətdir ki, o, müharibə və ixtilafı təbliğ edir

11:21 - November 15, 2024
Xəbər sayı: 3497058
İQNA – Oman müftisi bildirib ki, sionist rejimin mahiyyəti müharibə, ixtilaf və hökmranlıq üzərində qurulub.

"Əl-aləm" saytının verdiyi xəbərə görə, Şeyx Əhməd ibn Həməd Əl-Xəlili X platformasındakı paylaşımında deyib: "Qərb hökumətlərinin sionistlərə verdiyi dəstək Təl-Əviv rejiminin digər rejimlərdə olmayan xüsusiyyətlərə malik olduğunu düşünməyə vadar edib".
O, həmçinin sözügedən hökumətlərdən heç bir reaksiya almadan qanunsuz addımlar atdıqlarını bildirib.
Sionist lobbisinin günahsız və məzlum olması ilə bağlı iddiaların tamamilə yalan olduğunu bildirən Oman müftisi Qərb mediasının sionistlərə qarşı ədalətsiz davranmış kimi qələmə verməklə Yaxın Şərqdəki vəziyyəti ədalətsiz şəkildə göstərməsini pisləyib və qeyd edib ki, Qərb Fələstin məsələsi ilə bağlı ikili standart siyasətinə son qoymalıdır.
Əl Xəlili vurğulayıb ki, insanlar təbii olaraq öz hüquqlarını müdafiə edirlər və bu, Fələstin və Livan xalqlarının müqavimətində açıq şəkildə görünür.
4247568

captcha