İran Mədəniyyət və Kommunikasiya Qurumunun prezidenti Höccətül-İslam Məhəmməd Mehdi İmanipur Katolik Xristianların Ruhani Rəhbəri və Vatikanın dövlət başçısı Roma Papası Fransisk ilə görüşüb.
Görüşdə Höccətül-İslam İmanipur prezident Məsut Pezeşkianın Roma Papası Fransiskə göndərdiyi məktubu çatdırıb.
Pezeşkianın məktubunda deyilir: “Ümid edirəm ki, dünyada sülh və ədalətin yayılması üçün İran və Vatikan arasında konstruktiv əlaqələr daha da artacaq”.
Pezeşkian Roma Papası Fransiski Qəzza və Livan xalqlarına kömək etmək və qatil İsrail rejiminin davam edən hücumlarını dayandırmaq üçün əlindən gələni etməyə çağırıb.