"Vas"
"Vas" xəbər agentliyinin verdiyi məlumata görə, Nazirlər Kabinetinin iclasına Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz sədrlik edib.
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti sionistlərin Qəzza zolağında fələstinli mülki əhali və yardım təşkilatlarına qarşı davam edən hücumlarını pisləyib.
O, həmçinin beynəlxalq ictimaiyyəti məzlum Fələstin xalqına qarşı dəfələrlə insan haqlarının pozulması ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıb.
Ər-Riyad həmçinin sionist rejim rəsmilərinin bu işğalçı rejimin İordan çayının qərb sahilində hökmranlığının tətbiqi və Fələstin ərazisinin bu hissəsində sionist gəlmələrin yayılması ilə bağlı ifrat bəyanatlarını təhlükəli adlandırıb.
Qeyd olunub ki, bu bəyanatlar regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasına mane olub.
Bildirilib ki, sionist rejimin Qəzzə və Fələstin xalqına qarşı başlatdığı dağıdıcı müharibədə Qəzzada yaşayış məntəqələri və infrastrukturlar ciddi şəkildə dağıdılıb və sionist rejimin mühasirəsi fələstinliləri misli görünməmiş aclıq və qıtlığa məhkum edib.
4249280
xəbər agentliyinin verdiyi məlumata görə, Nazirlər Kabinetinin iclasına Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz sədrlik edib.