IQNA

Sionist rejim BƏƏ-də bir ravinin yoxa çıxdığını elan edib

10:43 - November 24, 2024
Xəbər sayı: 3497113
İQNA - Sionist rejimin baş nazirinin dəftərxanasının elanına əsasən, Əbu-Dabidə bir sionist ravvin yoxa çıxıb və bu səbəbdən sionistlərdən Birləşmiş Ərəb Əmirliklərinə səfər etməkdən çəkinmələri tələb olunub.

"İQNA"-nın "Əl-Vəfd"-ə istinadən verdiyi xəbərə görə, İsrailin baş nazirinin dəftərxanası BƏƏ-də bir sionist ravvinin yoxa çıxdığını bəyan edib.
Bu açıqlamada deyilir: İlkin məlumatlar onun təhlükəsizlik hadisəsi zamanı qaçırıldığını göstərir və hazırda BƏƏ-də bu məsələ ilə bağlı geniş araşdırmalar aparılır.
Bununla bağlı sionist rejimin 13-cü kanalı məlumat verib ki, təxminlərə əsasən, bu israilli ravvinlə əlaqə ötən çərşənbədə kəsilib və onun qaçırılıb və ya öldürülməsi ehtimalı var.
Sionist rejimin Daxili Təhlükəsizlik Şurası elan edib: "Biz israillilərə zərurət halları istisna olmaqla, BƏƏ-yə səfər etməməyi tövsiyə edirik".
Mossad bəyan edib ki, BƏƏ-də israilli ravvinin yoxa çıxması çox güman ki, terror aktıdır.
4250040

captcha