IQNA

Seyid Həsən Nəsrullahın oğlunun dağılan evinin xarabalıqları üzərində verdiyi mesaj

10:51 - November 30, 2024
Xəbər sayı: 3497151
İQNA - Hizbullahın şəhid baş katibi Seyid Həsən Nəsrullahın oğlu Məhəmməd Mehdi Nəsrullah, Livan ilə sionist rejim arasında atəşkəs elan edildikdən sonra Beyrutda dağılan evinin xarabalıqları üzərində dayanaraq sosial şəbəkələrdə video mesaj yayımladı.
kod

 

"İQNA"-nın verdiyi xəbərə görə, Hizbullahın şəhid baş katibi Seyid Həsən Nəsrullahın oğlu Seyid Məhəmməd Mehdi Nəsrullah atəşkəs elan edildikdən sonra Beyrutun Dahiyə bölgəsində yerləşən Harə Hərik məhəlləsindəki evinin xarabalıqları üzərində dayanaraq bunları deyib:

"Bizə şəhidlər ağasının ailəsi olmaq nemətini bəxş edən Allaha şükür edirik. Qan axıdaraq, evimizin dağıdılması və vətənimizi tərk etməmək bahasına bu şanlı xalqla birlikdə ilk gündən müharibənin sonuna qədər dözümlü və fədakar olaraq qələbə çaldıq. Bu qələbə sizə mübarək olsun."

4251037

captcha