IQNA

Sionist rejim Azan oxunmasını qadağan etdi!

11:19 - December 04, 2024
Xəbər sayı: 3497179
İQNA - İfratçı sionist nazir işğal altındakı ərazilərdə azanın səsləndirilməsini qadağan etmə qərarı fələstinli qrupların geniş reaksiyası ilə qarşılaşdı.

"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, sionistlərin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir azanın yəhudiləri narahat etdiyi bəhanəsi ilə polisə məscidlərdəki səsgücləndiricilərə əl qoyma əmrini verib.

Xüsusilə işğal altındakı Qüds, Ramallah, Lod, Hayfa və Nasıra daxil olmaqla, Fələstin şəhərlərində polisə məscidlərdəki səsgücləndiricilərin toplatılması əmri verilib.

İşğal mediasına görə, Ben-Qvirin bu addımı azanın yəhudi vətəndaşları narahat etdiyi şikayətlərinə cavab olaraq atılıb. Bildirilir ki, səsgücləndiricilərin toplanmasının mümkün olmadığı hallarda maliyyə cərimələri kimi cəza tədbirləri də nəzərdə tutulub.

Ben-Qvir X hesabında belə yazıb: “İsrail sakinləri üçün təhlükə halına gələn məscidlərdən yayılan məqbul olmayan səs-küyü önləmək siyasətinə rəhbərlik etməkdən qürur duyuram.”

HƏMAS hərəkatı Ben-Qvirin bu addımına reaksiya verərək, işğal altındakı torpaqlardakı məscidlərin səsgücləndiricilərinə əl qoyma qərarının cinayət olduğunu bildirib və bütün Fələstin xalqını buna qarşı çıxmağa çağırıb.

Milli Demokratik Toplumun rəhbəri Sami Əbu Şehadə deyib:

"Təhlükəli irqçiliyə və irqçilərin səsinə qarşı bütün kənd və şəhərlərimizdə azan səslənəcəkdir".

O, işğalçıların həyatlarını çətinləşdirməsinə, dini, mədəni və milli irslərinə təcavüz etmələrinə qarşı olduqlarını vurğulayıb.

Ərəb Dəyişiklik Cəbhəsinin rəhbəri Əhməd Əl-Tayyibi bildirib ki,

zülmə və İslamofobiyaya qarşı mübarizə aparmağa davam edəcəklər.

O, Ben-Qvirin öz seçicilərini məmnun etmək, ərəb vətəndaşlarına təzyiq və təcavüz etmək üçün dini münaqişəni alovlandırmaq niyyətində olduğunu qeyd edib.

2016-cı ilin sonunda sağçı yəhudi təmsilçilər Qüds məscidlərində və Fələstində azan səsləndirilməsini qadağan edən bir qanun layihəsi təqdim etmişdi. Lakin bu qanun layihəsinin parlamentdə müzakirəsi son anda dayandırılmışdı.

Yehudut Hatora partiyasından həmin dövrün Səhiyyə Nazirinin müavini, Haham Yaakov Litzman qanun layihəsinə qarşı çıxmış və onun qəbulunun qarşısını almışdı. Şas yəhudi hərəkatı da qanun layihəsinə qarşı səs vermişdi.

4251575

Teqlər: sionist rejim ، azan ، qadağa ، fələstin ، israil
captcha