Səudiyyə Ərəbistanının Sports xəbər saytına əsasən, Əl-Nəsr komandasının keçmiş qapıçısı Valid Abdullah bir televiziya proqramında beş dəfə “Qızıl Top” mükafatına layiq görülmüş Kriştiano Ronaldo ilə bağlı maraqlı məqamlara toxunub.
Əl-Nəsr kapitanı olaraq Ronaldo ilə danışan Valid, onun Səudiyyə mədəniyyəti və klubun şərtlərinə uyğunlaşmadığı üçün bəzi detalları ondan soruşduğunu qeyd edib.
Əl-Nəsrin keçmiş müdafiəçisi isə Portuqaliyalı ulduzun İslam dininə keçməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək qeyd edib ki, Ronaldo həmişə oyunçulara namaz qılmağı tövsiyə edib, azan səsini eşidəndə isə məşqçidən məşqi dayandırmasını istəyib. O deyib: “Kriş müsəlman olsun ya olmasın, onun qətiyyətli və nizam-intizamlı bir oyunçu olduğunu deməliyəm və onu bu mövqeyə gətirən də məhz bu xüsusiyyətlərdir.”
Valid Abdullah bildirib ki, o, 2023-cü ilin yanvarından Ronaldo ilə komanda yoldaşı olub.
4251853