IQNA

Pakistanda İkinci İslam Kapital Bazarı Konfransı

8:03 - December 06, 2024
Xəbər sayı: 3497191
İQNA - Pakistan Qiymətli Kağızlar və Birja Komissiyası (SECP) İkinci Beynəlxalq İslam Kapital Bazarı Konfransını Kəracidə təşkil edir.

"Texnoloji Transformasiyadan Davamlılığa: Əhatəli İslam Kapital Bazarı Quruculuğu" mövzusu ilə keçiriləcək bu konfrans 12 dekabr 2023-cü ildə Kəraçidə baş tutacaq.

Pakistan Qiymətli Kağızlar və Birja Komissiyasının İslam Maliyyə Departamentinin rəhbəri Tariq Nəsim bildirib ki, Pakistanın İslam kapital bazarları hazırda bazar investisiyalarının 55%-ni və könüllü təqaüd fondlarının aktivlərinin 65%-ni əhatə edir. Bu bazarların böyüməyə davam etdiyini vurğulayan Tariq Nəsim, Pakistanın İslam maliyyəsi sahəsində qlobal mövqeyini daha da gücləndirmək planlarını açıqlayıb.

Tariq Nəsim qeyd edib ki, Pakistanın kapital bazarlarının İslam şəriət prinsiplərinə uyğunluq səviyyəsi 2015 və 2018-ci illərdə keçirilmiş müstəqil beynəlxalq qiymətləndirmələrə əsasən 86% təşkil edib. SECP İslam kapital bazarları üçün maliyyə prinsiplərinə uyğunluq qiymətləndirməsi aparmağı planlaşdırır və bunun Pakistanın İslam maliyyəsi sahəsindəki qlobal nüfuzunu artıracağını qeyd edib.

Konfransa Bəhreyn, Səudiyyə Ərəbistanı, Malayziya, Türkiyə, Böyük Britaniya, İran, Nigeriya kimi ölkələrdən 20-dən çox beynəlxalq ekspert qatılacaq. Konfransdan əvvəl təlim seminarı və 38 qabaqcıl qurumun iştirak edəcəyi İslam maliyyəsi sərgisi də təşkil ediləcək. Müzakirələr davamlı və əhatəli İslam kapital bazarlarında imkanlar və çətinliklər üzərində cəmləşəcək.

Konfrans çərçivəsində panel iclasları, məlumat mübadiləsi görüşləri və davamlılığa yönəlmiş iqtisadi transformasiya mövzusunda xüsusi sessiya keçiriləcək.

4252194

captcha