IQNA

İndoneziyada ilk İşarət Dili ilə Quran nəşr edildi

10:27 - December 07, 2024
Xəbər sayı: 3497195
İQNA - Müsəlmanların çoxluq təşkil etdiyi İndoneziyada dünyada ilk dəfə olaraq Quranın işarət dili ilə versiyası nəşr edildi.

"Onanews"a istinadən, LPMQ (Quranın Redaktə Komitəsi) rəhbəri Əbdüləziz Sədqi bu Quranın nəşri ilə bağlı belə açıqlama verib:

"Bu Quranı işarət dilinə tərcümə etdik və deyə bilərik ki, bu, dünyada ilk dəfədir ki, işarət dili Quran tərcüməsində istifadə olunur."

Sədqi bildirib ki, bu işin ilkin mərhələsi 2020-2021-ci illər arasında başlayıb və Quran hərfləri üçün işarət dilində istifadə olunacaq simvollar və işarələr müəyyən edilib. Daha sonra Quranın Redaktə Komitəsi 2022 və 2023-cü illərdə Quranın 30-cu cüzünü işarət dilinə tərcümə edib. Komitə yaxın zamanda Quranın tam olaraq işarət dili ilə təqdim edilməsini planlaşdırır.

Sədqi işdə iki metodun birləşdirildiyini vurğulayıb: Yazı metodu və tilavət metodu. O deyib: "Əlhəmdülillah, bu iki metodu birləşdirərək nəşr etməyi bacardıq."

O həmçinin əlavə edib:

"Bu vasitə ilə eşitmə məhdudiyyəti və ya eşitmə zəifliyi olan şəxslər, eləcə də danışıqda çətinlik çəkənlər bu Qurandan faydalana biləcəklər."

Əbdüləziz Sədqi bildirib ki, 2024-cü ildə LPMQ Komitəsi işarət dili ilə tilavət metodundan istifadə edərək hazırlanmış 15 cüzlük Quran versiyasını tək cilddə nəşr edəcək və bu layihə 2025-ci ildə 30 cüzün tamamlanması ilə yekunlaşacaq.

4252342

captcha