IQNA

“Əl-Əqsa cəngavərləri” kompüter oyunu sionistləri qəzəbləndirib

10:12 - December 10, 2024
Xəbər sayı: 3497216
İQNA - “Əl-Əqsa cəngavərləri” kompüter oyunu 7 oktyabr 2023-cü il gününü simulyasiya edən və sionistlərin qəzəbinə səbəb olmaqla bütün dünyada böyük rəğbət qazanan bir oyundur.

"Əl-Qüds" xəbər saytının verdiyi məlumata görə, sionist rejimi dəstəkləyən bəzi platformalar bu oyunu siliblər. Oyunda ailəsini itirdikdən sonra 5 ili işğal həbsxanalarında keçirən Əhməd Əl-Fələstinin xəyali personajı işğalçı əsgərlərdən qisas almaq və “Əl-Əqsa Cəngavərləri” adlı müqavimət qrupuna qoşulmaq üçün səyahətinə başlayır. Bu mərhələdə oyunçu işğala qarşı müqaviməti təmsil edən macəralar yaşayır. Oyun ilk dəfə 2022-ci ildə buraxıldı.

Oyunun yaradıcısı braziliyalı müsəlman Nizal Nəcmdir, o, mətbuata verdiyi müsahibədə məqsədinin dünyaya fələstinlilərin işğala qarşı müqavimət göstərmək haqqı olduğunu göstərmək olduğunu bildirib.

O, həmçinin Qərb oyunlarında tez-tez terrorçu kimi təqdim olunan fələstinlilər və ərəblərin stereotip imicini sındırmaq üçün texnologiyadan istifadə etməyə çalışdığını bildirib.

Nizal bunun siyasi etiraz olduğunu və heç bir Fələstin qruplaşması ilə əlaqəsi olmadığını bildirib.

Əl-Əqsa tufanı əməliyyatı hadisələrindən ilhamlanan son yeniləmələr işğalçılar və Qərb ölkələrinin reaksiyasına səbəb olub. Almaniya, Avstraliya, İngiltərə və Avstriya kimi ölkələr bu oyunu qadağan etməyə çalışıb.

Oyun Fələstini dəstəkləyənlər arasında geniş tamaşaçı kütləsinə çatıb. Digərləri “Əl-Əqsa cəngavərləri” kompüter oyununu Fələstin məsələsini yeni nəsillərə müasir şəkildə təqdim etmək üçün innovativ üsul kimi görürlər.

4252853

captcha