"İQNA"-nın Şərqi Azərbaycandan verdiyi xəbərə görə, Təbrizin ev sahibliyi etdiyi Qurani-Kərim milli yarışının 47-ci turunun final mərhələsinin dördüncü günündə kişi yarışmacıların tam və 20 cüzün hifzi və qiraəti üzrə yarışması keçirilib.
Tərtil qiraəti sahəsində xorasanlı Salman Hesari, Tehrandan Ehsan Abid, Xuzistanlı Yusif Əyaşi, xorasanlı Məhəmməd Şirin yarışacaqlar. Qurani-Kərimin 20 cüzünü əzbərləmək sahəsində də hörmüzqanlı Abdullah Nejad Məhəmməd, qumlu Həmid Rezasəfi, gülistanlı Hüseyn Cəfərinejad bir-birilə rəqabət edəcəklər.
Həmçinin təhqiq qiraəti sahəsində Xorasandan Cavad Süleymani Türbəti birinci, Qumlu İshaq Əbdüləhi ikinci, Əlburzdan Mehdi Şayiq üçüncü, Yəzddən Əmir Hüseyn Ənvəri dördüncü, beşinci Tehrandan Həmidrza Nəsiri, altıncı isə Xorasandan Ümid Hüseyni Nejad yarışacaq.
Qurani-Kərimin tam hifzi kateqoriyasında birinci Tehrandan Əli Müstəşari Rad, ikinci Xorasandan Əli Rza Xodabəxş, üçüncü Mərkəzidən Abuzər Kərəmi, dördüncü Tehrandan Əlirza Məhəmmədi və beşinci mazandaranlı Əmir Hüseyn Zərgəri yarışacaq.
Qeyd edək ki, 47-ci Milli Qurani-Kərim Yarışmasının milli mərhələsi dekabrın 12-dən 29-dək Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində qadın və kişi olmaqla iki bölmədə keçiriləcək.
4253905