"İQNA"-nın verdiyi məlumata görə, İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin ilkin mərhələsinin hakimliyi dekabrın 15-i səhər saatlarında başlayıb və ayın 19-dək davam edəcək. Həmçinin dekabrın 16-ı bazar ertəsi qadın bölməsinin hakimliyi başlayıb.
Müsabiqənin bu mərhələsi oflayn rejimdə və Vəqf və Xeyriyyə Təşkilatında münsiflər heyətinin yaradılması ilə keçiriləcək.
Bu yarışlar kişilər qrupunda təhqiq və tərtil qiraəti, Qurani-Kərimin tam əzbərlənməsi sahələrində, qadınlar bölməsində isə Qurani-Kərimin tərtil qiraəti və bütün Quranı əzbərləmək sahələri üzrə keçiriləcək. Bu mərhələnin ən yaxşıları Məşhəddə əyani şəkildə keçiriləcək final mərhələsinə yollanacaq.
İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin ilkin mərhələsində 102 ölkədən ümumilikdə 350 təmsilçi iştirak edir. Bunlar beş fən və iki qadın və kişi qrupu üzrə bir-biri ilə yarışırlar. Kişilər bölməsində 88 qiraətçi, 129 hafiz və 54 tərtil oxuyan, qadınlar bölməsində 40 hafiz və 34 tərtil oxuyan qadın yarışırlar.
İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsi Həzrət Peyğəmbərin (s) mövludu ilə eyni vaxtda yanvar ayının 27-dən fevral ayının 1-dək müqəddəs Məşhəddə keçiriləcək.
İranın bu yarışmada təmsilçiləri təhqiq qiraəti üzrə Seyid Məhəmməd Hüseynpur, Quranı bütövlükdə əzbərləmə üzrə Məhəmməd Xakpur və tərtil qiraəti sahəsində Müctəba Qədbeygi, qadınlar bölməsində Quranın bütövlükdə əzbərlənməsi sahəsində Fatimə Delbəri və və tərtil qiraəti üzrə Ğəzalə Süheylizadə olacaq.
4254338