"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, şənbə və bazar günləri İspaniyanın böyük şəhərlərində İsrailə silah satışına etiraz olaraq kütləvi nümayişlər keçirilib. Etirazçılar Təl-Əvivə qarşı sanksiyalar qoyulmasını tələb ediblər.
Paytaxt Madrid də daxil olmaqla, Barselona, Valensiya və Kartagena kimi sahil şəhərlərində nümayişlər keçirilib.
İki qeyri-hökumət təşkilatının "Fələstinin İşğalına Qarşı Həmrəylik Şəbəkəsi" və "Fələstin Müqavimət Nümayişləri" çağırışına cavab olaraq ispanlar küçələrə çıxaraq silah satışının dayandırılmasını tələb ediblər.
Madrid nümayişində ABŞ səfirliyi binası önünə toplaşan etirazçılar əllərində Fələstin bayraqları ilə Müdafiə Nazirliyi binasına doğru yürüş edərək, “Fələstində soyqırımı dayandırın “İsraili boykot edin” şüarları səsləndiriblər. Onlar “İsrailə qarşı sanksiyalar yoxdur”, “Azad Fələstin” şüarları səsləndirərək Müdafiə Nazirliyinin binasına doğru yürüş ediblər.
Podimus Partiyasının sözçüsü və Avropa Parlamentinin üzvü İzabel Sira Sançes nümayişdəki çıxışında İspaniya hökumətini yalan danışmaqda ittiham edib.
“İspaniya silah daşıyan gəmilərin Valensiya və Barselona limanlarından keçməsinə icazə verir”.
İnsan haqları təşkilatları İspaniya hökumətinin bəyanatlarının tamamilə yalan olduğunu və İsrailin Fələstin xalqını məhv etmək üçün soyqırımı maliyyələşdirməyə silah satışı müqavilələrinin hələ də qüvvədə olduğunu göstərir.
Sionist rejimin ABŞ-ın dəstəyi ilə oktyabrın 7-dən Qəzzəyə qarşı başladığı müharibə on minlərlə dinc sakinin ölümünə, geniş dağıntılara və aclığa səbəb olub.
Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Benyamin Netanyahu və keçmiş müharibə naziri Yoav Qalantın Qəzzada törətdikləri hərbi cinayətlərə görə həbs qərarı verilməsinə baxmayaraq, işğalçı rejim cinayətlərini davam etdirir.
4254555