IQNA

Əl-Əzhər Almaniyada Milad bazarına edilən hücumu pisləyib

3:24 - December 22, 2024
Xəbər sayı: 3497289
İQNA - Əl-Əzhər İslam Mərkəzi Almaniyanın Maqdeburq şəhərində iki nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olan hücumu pisləyib.

"Sawt əl-Daat" internet saytının verdiyi xəbərə görə, Əl-Əzhər İslam Mərkəzi şənbə günü yayımladığı açıqlamada, din və inancından asılı olmayaraq mülki şəxslərə hücum etməyin və onlarda qorxu yaratmağın insan həyatının qorunmasını və insanlar arasında birgəyaşayış körpülərinin qurulmasını vurğulayan dini təlimlərdən, humanitar və əxlaqi dəyərlərdən uzaq bir cinayət olduğunu bildirib.

Açıqlamada bu kimi hadisələrin, ifrat ideologiyaların və onların mənbələrinin aradan qaldırılması, eləcə də dözümlülük, sülh və insan qardaşlığı dəyərlərini təşviq edən təşəbbüslərin gücləndirilməsi üçün beynəlxalq səylərin koordinasiya edilməsinin zəruriliyini bir daha vurğuladığı qeyd olunub.

Əl-Əzhər hadisədə həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralılara isə təcili şəfa diləyib.

Media Maqdeburq şəhərində cümə günü axşam bir avtomobilin Milad bazarına daxil olması nəticəsində ölən və yaralananların olduğunu yazıb.

Yerli hökumət bu hadisəni terror aktı kimi qiymətləndirib və avtomobilin sürücüsü həbs olunub.

Maqdeburq, Berlinin təxminən 150 km qərbində, Saksoniya-Anhalt əyalətində yerləşir. Şəhərin təxminən 240 min nəfər əhalisi var.

4255230

Teqlər: Əl Əzhər ، almaniya ، bazar ، hücum
captcha