IQNA

Azərbaycanda ümummilli matəm günü elan edilib

11:31 - December 26, 2024
Xəbər sayı: 3497316
İQNA - Azərbaycanda təyyarə qəzası səbəbindən 26 dekabr tarixində 1 günlük matəm elan edilib.

Azərbaycan Hava Yollarına məxsus, Bakıdan havaya qalxan və Qroznıya istiqamət alan 67 nəfərin olduğu sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinə düşdüyü üçün Azərbaycanda 26 dekabr tarixində 1 günlük ümummilli matəm elan edilib.

Təyyarədə 5 nəfərlik ekipaj da daxil olmaqla Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiya vətəndaşı olmaqla ümumilikdə 67 nəfər olub.

Azərbaycan Baş Prokurorluğunun rəsmisi Kənan Zeynalov verdiyi açıqlamada ilkin məlumatlara görə, qəza nəticəsində 32 nəfərin xilas edildiyini və müalicə altına alındığını bildirib.

captcha