IQNA

Fələstinli babanın “Ruhumun ruhu” ifadəsini eşidən amerikalı İslamı qəbul etdi

1:21 - January 04, 2025
Xəbər sayı: 3497367
İQNA - Nəvəsi ilə "Ruhumun ruhu" deyə vida edən şəhid Xalid Əl-Nəhbanın ifadəsi kilometrlərlə uzaqlarda təsirli oldu. Kristofer Miks adlı amerikalı bu fələstinli şəhidin sözlərinin təsiri ilə müsəlman olub.

“Əl-Cəzirə”nin verdiyi məlumata görə, ABŞ-ın Kaliforniya ştatında yaşayan Miks Xalid Əl-Nəbhanın sözlərinin ona necə təsir etdiyini və sonra onu İslamı qəbul etməsinə səbəb olduğunu izah edib.

2023-cü ilin oktyabrında Fələstin xalqının gündəlik ağrısını dərindən hiss etdiyini və ölkəsinin Qəzzanı bombalamaq üçün sursat və bomba göndərdiyinə görə böyük günah hiss etdiyini ifadə edən Miks, bu təsvir olunmaz hissləri görməməzlikdən gəlməyə çalışdığını, lakin vəziyyətin daha da pisləşdiyini bildirib.

Miks həyatındakı dönüş nöqtəsini belə təsvir edir: "Mən ağ saqqallı bir qocanın balaca qızcığazın cəsədini dəfn etməzdən əvvəl sonuncu dəfə daşıdığını, onun üzünə sevgi ilə sığal çəkdiyini və Allahı təriflədiyini gördüm. Düşünürəm ki, həyatımda bu qədər ağlamamışdım.

Miks qəzəb, nifrət və təqsirkarlıq hissi ilə doldu və o, daxili rahatlıq tapmaq üçün kiminsə məsləhəti ilə məscidə getdi.

“Məscidə daxil olandan sonra başqalarının səcdə etdiyini görəndə onlar kimi başımı aşağı saldım və hiss etdim ki, çox adam mənə baxır. Amma fərqi yoxdu, onlara görə bu yerə gəlmədim” dedi.

Məsciddə ilk namazında əzab çəkən hər kəs üçün ağlamağa və dua etməyə başladığını bildirən Miks birdən özünü sakit və rahat hiss etdi və davamlı olaraq məscidə getdikdən sonra 12 yanvar 2024-cü ildə İslamı seçdiyini açıqladı.

Gənc amerikalı hər şeyin Şəhid Əl-Nəbhanın nəvəsinə “Ruhumun ruhu” deməsi ilə başladığına diqqət çəkib.

Xalid Əl-Nəbhan dekabrın 16-da sionist rejimin Qəzzada Nusirat düşərgəsini bombalaması nəticəsində şəhid olub.

 4257361

captcha