IQNA

Fransada hicablı anaların məktəblərə girməsi qadağan edilib

3:38 - January 11, 2025
Xəbər sayı: 3497406
İQNA – Fransanın daxili işlər naziri Bruno Retaillo məktəb tədbirlərində hicabın qadağan ediləcəyini açıqlayıb.

“Əl Əxbariyə”nin verdiyi məlumata görə, Fransanın hakimiyyət orqanları hicablı anaların uşaqlarının məktəblərinə daxil olmasının qarşısını almağa çalışır.

Fransa daxili işlər naziri iddia edib ki, baş örtüyü sadəcə bir parça deyil, İslamın bayrağı və qadınların hüquqlarının məhdudlaşdırılmasının əlamətidir.

“Le Parisien” qəzeti bu bəyanatı nümayişçilər tərəfindən etirazla qarşılandığını və bu hərəkəti Fransa müsəlmanlarını açıq şəkildə marjinallaşdırmaq və ölkədəki ictimai həyatdan uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirdiyini yazıb.

2013-cü ildə Fransa məhkəməsi dini simvollardan istifadə etdiklərinə görə valideynlərin uşaqlarını məktəb səfərlərində müşayiət etmələrinin qarşısının alınmasını ayrı-seçkilik kimi qiymətləndirib.

Nazirin açıqlamaları mövcud qanunlara ziddir və müsəlmanların hüquqlarına zərbə vurmaq niyyətinin yenidən gücləndiyini göstərir.

Fransa daxili işlər nazirinin açıqladığı hicab qadağası o deməkdir ki, müsəlman qadınların uşaqları məktəb səfərlərinə və ya təhsil tədbirlərinə getdiyi zaman hicab taxmasına icazə verilməyəcək.

Bu qəsdən məhdudiyyətlər müsəlman qadınlar üçün düşmənçilik mühiti yaradır və multikultural və çoxdinli cəmiyyətdə bölücü əhval-ruhiyyəni artırır.

Müsəlman qadınlar üçün hicab onların şəxsiyyətinin və şəxsi seçimlərinin ifadəsidir.

Baş örtüyünə qarşı davam edən hücumlar ifrat sağçıların ictimai sahə üzərində nəzarətini gücləndirərək parçalanmaya şərait yaradan birtərəfli perspektivə işarə edir.

Fransa hökumətinin qəbul etdiyi irqçi siyasətlər fundamental insan hüquqlarına açıq hücumu əks etdirir.

Fransadakı ifrat sağ hərəkat bərabərlik və ədalət dəyərlərini təbliğ etmək əvəzinə müsəlmanları kənarlaşdırmaq, nifrət və parçalanma hisslərini gücləndirmək məqsədi daşıyır.

Bu siyasətlər vəziyyəti daha da pisləşdirəcək, vətəndaşlar arasında uçurumu genişləndirəcək. Bu, Fransanı azlıqların hüquqlarına hörmət etməyən bir ölkə kimi göstərəcək.

4258887

Teqlər: müsəlman ، fransa ، hicab ، qadağa
captcha