IQNA

Ənsarullah Rəhbəri:

Sionist düşmən qəsdən məscidləri hədəfə alır

3:42 - January 11, 2025
Xəbər sayı: 3497407
İQNA – Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi sionist rejimin Qəzzə zolağına sistemli hücumlarının Fələstin xalqını hədəf alan soyqırım cəhdi olduğunu vurğulayıb.

"Əl-Məsirə"nin verdiyi məlumata görə, Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi bölgədə, xüsusilə Fələstində baş verən hadisələrlə bağlı çıxış edib.

Ənsarullah Hərəkatının lideri vurğulayıb ki, sionist düşmən Qəzza zolağında bütün səhiyyə və tibbi infrastrukturu qəsdən məhv edib.

Əl-Husi deyib: "Sionistlər fələstinliləri qanuni insan haqlarından məhrum etmək üçün bütün üsul və vasitələrdən istifadə edərək soyqırımı həyata keçirirlər. Bu yaxınlarda cinayətkar Bayden işğal olunmuş ərazilərə bomba və hərbi texnika göndərmək üçün böyük bir müqavilə imzaladı".

Əl-Husi həmçinin bildirib ki, sionistlər Qəzzə zolağında muzdlu dəstələr yaratmaqla humanitar yardımları oğurlamağı hədəfləyiblər və sionist əsgərlər bu yardımı özləri talan ediblər.

"Sionist düşmən Qəzza zolağındakı fələstinli qaçqınları birbaşa hədəfə alır. Məscidül-Əqsa sionistlərin hər gün hücumlarına məruz qalır. Onların son məqsədi bu müqəddəs məkanı dağıtmaq və yəhudi məbədini tikməkdir" deyə, - Əbdülməlik əl-Husi bildirib.

Sionist rejim qəsdən məscidləri hədəfə alır

Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi İbrahimi məscidinin sistemli hücumlara məruz qaldığını bildirərək, "sionist düşmən qəsdən məscidlərə hücumlar təşkil edir. Düşmənin bu hücumları bununla məhdudlaşmır. Təkcə Qəzza zolağının sakinləri də hər gün bu hücumların şahidi olurlar. Bütün bu hücumlara baxmayaraq, Fələstin Muxtar Təşkilatı bu struktura nüfuz etməyə davam edir" dedi.

"Sionist düşmən Hizbullahı məhv etməyə müvəffəq olmayıb. Hizbullah hələ də Livanda güclü varlığını qoruyur. Digər tərəfdən, sionistlər Suriyadakı işğallarını möhkəmləndirməyə və bu ölkədə uzun müddət qalmağa çalışırlar. Onlar həmçinin Suriyada yeni mövqelər yaratmağı hədəfləyirlər. Amerika da bu vəziyyətdən istifadə edərək Suriyadakı işğalını genişləndirdi".

Əl-Husi deyib: "Amerika və sionist rejim Suriyanı indiki işğalları ilə kifayətlənmir, onlar bu ölkənin dərinliklərinə nüfuz etmək istəyirlər. Onlar öz maraqları üçün casus və terrorçu qruplardan istifadə edərək Suriyada ixtilaf yaratmağı hədəfləyirlər. Suriya xalqı Amerika və İsrailin bu planlarına qarşıdırlar.Biz buna qarşı milli birliklə müqavimət göstərməliyik".

4259018

captcha