IQNA

İmam Hüseynin (ə) hərəmində Ümumdünya Quran Günü keçiriləcək

1:13 - January 21, 2025
Xəbər sayı: 3497471
İQNA – Kərbəla şəhərindəki İmam Hüseynin (ə) hərəmi Rəcəb ayının 27-də Ümumdünya Quran Günü münasibətilə proqram təşkil ediləcəyini bildirib.

İmam Hüseyn (ə) ziyarətgahı İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Ümumdünya Quran Günü proqramı hərəmin Darul-Quran Mərkəzi tərəfindən həyata keçiriləcək.

Proqrama müxtəlif bölmələr daxildir:

1 - Altıncı Beynəlxalq İmam Hüseyn (ə) Konfransı: Konfransda Əhli-Beyt (ə) Quran Ensiklopediyası təqdim olunacaq, 12 ərəb və İslam ölkəsindən 160 alimin iştirakı ilə elmi Quran sessiyaları  və ensiklopediyanın əsaslarını öyrənmək üçün seminarlar təşkil olunacaq. Müzakirələrdə aparıcı din xadimləri də iştirak edəcək.

2-  Xüsusi Quran seminarları: Yeddi xüsusi seminarda Qurani-Kərimin müxtəlif aspektləri müzakirə olunacaq və Kərbəla peyk kanalında yayımlanacaq.

3- Gənclər üçün Quran festivallarının təşkili.

4- Qurani-Kərim, İslami xəttatlıq və bəzək sahələrində sərgi, həmçinin Darul Quranı məhsullarından ibarət kitab sərgisi keçiriləcək.

5 - İki Quran yarışı təşkil etmək.

6- Quran məclislərinin təşkili və İraq, Misir, Livan və İrandan yerli və xarici Quran xadimlərinin dəvət edilməsi, İraqın 16 vilayətində Quran məclislərinin təşkili və Darül-Quran koordinasiyası ilə Vəsət Universitetində Quran sessiyalarının keçirilməsi.

7-  Yerli və xarici Quran şəxsiyyətlərini dəvət etmək.

8 - İslam dünyasının hər yerindən 50 görkəmli Quran qarisinin dəvəti.

4260566

Teqlər: kərbəla ، imam hüseyn ، quran ، hərəm
captcha