IQNA

Türkiyə Danimarkadan Qurana hörmətsizliyi qadağan etməyi istəyib

3:53 - February 03, 2025
Xəbər sayı: 3497553
İQNA - Türkiyənin xarici işlər naziri Danimarka hökumətini ölkədə Quranın yandırılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

"İQNA"-nın "Əl-Ghad"-a istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə, şənbə günü Türkiyənin xarici işlər naziri Hakan Fidanın Danimarkanı Quranın yandırılmasını qadağan etmək üçün təcili tədbirlər görməyə çağırdığını bildirib.

Fidan danimarkalı həmkarı Lars Lokke Rasmussen ilə telefon danışığında ölkədə Quranın təkrar təhqir olunmasını pisləyib.

Türkiyənin xarici işlər naziri, Rasmussenə ifadə azadlığı adı altında bu cür hərəkətlərə yol verilməsinin qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludan son bir neçə ildə Qurani-Kərimi dəfələrlə yandırıb.

Bu aksiya iraqlı xristian qaçqın Silvan Momicanın İsveçdə ölümündən bir neçə gün sonraya təsadüf edir.

Paludan Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında keçirilən aksiyanı X sosial media hesabından mesajında ​​açıqlayıb.

“Aftonbladet” qəzetinin yazdığına görə, Danimarka polisi Momikanın ölümündən sonra bu iyrənc hərəkəti qadağan edən daha əvvəl bəyanat yaydığı halda, bu danimarkalı siyasətçi növbəti dəfə Qurani-Kərimi təhqir edib.

İsveç mediası cümə axşamı 2023-cü il etirazları zamanı Qurani-Kərimin nüsxələrini yandıran Momikanın ölümünü təsdiqləyib.

Paludan bundan əvvəl də ötən ilin yanvarında (2024) İsveçin paytaxtı Stokholmdakı Türkiyə səfirliyi qarşısında Qurani-Kərimin bir nüsxəsini yandırıb. Onun hərəkəti polisin mühafizəsi altında və İsveç hakimiyyətinin icazəsi ilə həyata keçirilib.

4263517

captcha